Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyununu idarə edib.
Sportinfo.az xəbər verir ki, o, qitənin 1 nömrəli klub turnirinin Liqa mərhələsinin 2-ci turunda çərçivəsində keçirilən “Şturm” (Avstriya) - “Brügge” (Belçika) oyununun baş hakimi olub.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisinə qələbə gətirən yeganə qolu 23-cü dəqiqədə Kristos Tzolis vurub.
Oyunun gedişində həmyerlimiz meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçirilən matçda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.