AZ

Slovakiya millisi Bakı səfərinə hazırdır: Heyət açıqlanıb

Slovakiya milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan millisinə qarşı keçirəcəyi oyunlar üçün heyətini elan edib.

Fins.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də Bratislavada İsveçlə, 14-də isə Bakıda Azərbaycanla baş tutacaq matçlara 27 futbolçu dəvət edib.

Heyətdə Marek Rodak, Henrix Ravas və Dominik Takaç qapıçı mövqeyində yer alır. Müdafiədə Milan Şkriniar və Peter Pekarik kimi təcrübəli oyunçular diqqət çəkir. Yarımmüdafiədə Stanislav Lobotka, Ondrej Duda və Patrik Qroşovski kimi adlar var. Hücum xəttində isə Lukaş Haraslin və Robert Bojenik əsas silahlar kimi görünür.

Xatırladaq ki, Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 

Zemfira Ms
Fins.az

Seçilən
7
19
fins.az

10Mənbələr