AZ

"Mərkəzi Asiya-Azərbaycan" "yaşıl2 enerji dəhlizi çox perspektivli təşəbbüsdür - AİB (ÖZƏL)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya ölkələri ilə Azərbaycanarasında yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsünü çoxperspektivli hesab edir və bunu alqışlayır.

Bu barədə Trend-əözəl olaraq AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri KendisMakDeyqan deyib.

Onun sözlərinə görə, AİB bu yaşıl enerji ixrac dəhlizininmaliyyələşdirilməsi perspektivləri ilə bağlı müzakirələrin ilkinmərhələsindədir:

"Azərbaycanın “Mərkəzi Asiya-Azərbaycan” “yaşıl” dəhlizininyaradılmasına dair anlaşma memorandumları var. Bu dəhliz böyük, çoxperspektivli və maraqlı təşəbbüsdür. O, bir neçə ölkənibirləşdirəcək, layihədə bir neçə şirkət iştirak edəcək. İndi birneçə addım atılmalı, xüsusən də texniki-iqtisadi əsaslandırma (TİƏ)hazırlanmalıdır", - deyə K.MakDeyqan qeyd edib.

Energetika nazirinin müavini Orxan Zeynalov bir müddət əvvəlTrend-ə müsahibəsində bildirib ki, Asiya İnkişaf Bankı (AİB)“Mərkəzi Asiya-Azərbaycan” “yaşıl” enerji dəhlizinin seqmentininyaradılmasında Azərbaycanın əsas tərəfdaşlarından biri ola bilər vəfəal danışıqlar aparılır.

Təşəbbüsün iştirakçıları Özbəkistan və Qazaxıstandır ki, onunhəyata keçirilməsi üçün yaxın vaxtlarda Bakıda birgə müəssisəyaradılacaq.

O.Zeynalov Trend-ə bildirib ki, artıq beynəlxalq miqyasdatanınan şirkət seçilib, o, texniki-iqtisadi əsaslandırmanıhazırlayacaq, ondan sonra bu "yaşıl" enerji dəhlizinin həyatakeçirilməsi üçün tələb olunan vəsaitin həcminə aydınlıqgələcək.

Qeyd edək ki, AİB Azərbaycanın enerji sektorunun inkişafına fəalkömək edir və xüsusilə Böyük Şor gölündə günəş fotoelektrikstansiyasının yaradılmasına dəstək göstərir.

AİB-in Azərbaycandakı layihələrinin ümumi portfeli 5 milyarddolları ötüb, əməkdaşlıq 1999-cu ildən həyata keçirilir.

Seçilən
23
3
az.trend.az

4Mənbələr