AZ

"İsrail İran üçün tələ hazırlayıb..." 

İndi İsrailin İranın təcavüzünə cavab vermək üçün daha çox imkanları var...
 
İran bir sıra daxili və xarici çağırışlara baxmayaraq, İsrailə birbaşa hücum etmək qərarına gəlib ki, bu da Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinə dair ciddi qorxular yaradıb. İran lideri Ayətullah Əli Xamenei raket hücumu həyata keçirmək qərarına gəlib ki, ekspertlərin fikrincə, bu, İsrailin Tehranı açıq münaqişəyə sövq etmək üçün qurduğu tələ ola bilər. Əvvəlki hadisələrdən, məsələn, aprelin 14-də İranın hücumundan fərqli olaraq, regionda vəziyyət kəskin şəkildə dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti  yazır.
 
Tehran hücuma məruz qalacağı təqdirdə sarsıdıcı cavab verəcəyi ilə hədələyərək İsrailin qisasının qarşısını almağa çalışır. Bununla belə, analitiklər qeyd edirlər ki, İsrail rəhbərliyi artıq ABŞ-nin ciddi təzyiqi və ya "Hizbullah"ın təhdidləri altında deyil və bu, İsrailin cavabvermə ehtimalını artırır. İsrailin hərbi və siyasi liderləri deyirlər ki, regional hrəbi kampaniya indi həmişəkindən daha mümkün görünür.
 
İranın İsrailə zərbə endirmək qərarının mənbəyi aprel hücumuna, İranın Livanda yüksək rütbəli komandirlərindən birinin öldürülməsinin qisasını aldığı vaxta gedib çıxır. Bu addım Tehranın İsrailə birbaşa hücumlar qorxusunu qırdı və İran artıq geri çəkilmək iqtidarında deyil. Lakin İran rəhbərliyi daxilində bu qərarın düzgünlüyünə şübhələr var. Bəzi rəsmilər hesab edir ki, İran İsrailin tələsinə düşə bilər, çünki bu cür hərəkətlər ölkəni sanksiyaları ləğv etmək və Qərblə yeni nüvə sazişi bağlamaq məqsədindən uzaqlaşdırır...
 
İran dilemma ilə üz-üzədir: bir tərəfdən gücünü göstərməyə və Husilər və "Hizbullah" kimi müttəfiqlərinə dəstəyini qorumağa çalışır, digər tərəfdən İsrail və onun Qərb müttəfiqləri ilə birbaşa regional müharibədən yayınır. Eyni zamanda, Tehran gərginliyin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə inandırmağa çalışır.
 
Bununla belə, analitiklər qeyd edirlər ki, İran rəhbərliyi dəyişən situasiyadan tam xəbərdar deyil: Vaşinqton daxili məsələlərlə məşğuldur və əvvəllər İsrail üçün əsas təhlükə hesab edilən “Hizbullah” ciddi zərbələr alıb. Əgər İsrail genişmiqyaslı cavab tədbirləri həyata keçirmək qərarına gəlsə, Tehran münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək yeni dilemma ilə üzləşəcək.
 
Səudiyyə Ərəbistanı artıq İsrail-İran qarşıdurmasının, xüsusən də neftin dünya qiymətlərinə təsiri kontekstində mümkün nəticələri ilə bağlı narahatlığını bildirib. Səudiyyə Ərəbistanının xarici işlər naziri regional riskləri azaltmaq və münaqişənin mümkün nəticələrini yumşaltmaq məqsədilə İran prezidenti ilə görüşüb...
 
İsrailə gəlincə, ekspertlərin fikrincə, İranın hücumuna onun cavabı qaçılmazdır. Bununla belə, hədəf seçiminin düşünülmüş olması və uzunmüddətli perspektivdə İsrail üçün problem yarada biləcək genişmiqyaslı eskalasiyaya səbəb olmadan İranın cilovlanmasına töhfə verməsi strateji baxımdan vacibdir. Çəkindirici faktoru qorumaq və "Hizbullah"ı daha da zəiflətmək İsrail strategiyasının əsas prioritetləri olaraq qalır...
 
S.Laçın
Seçilən
14
50
moderator.az

10Mənbələr