Hizbullahın yeni baş katibi Haşim Səfiuddin öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Belə ki, İsrail ordusu Beyrutun cənubundakı Dahiyə bölgəsində Hizbullahın yeni baş katibi Haşim Səfiuddini iclas keçirdiyi yerdə bunkerdağıdan bombalar vasitəsilə öldürüb.
Hazırda Beyrutun cənub ərazilərinə güclü aviazərbələr davam edir.
Xatırladaq ki, sentyabrın 28-də İsrail Hizbullahın lideri Həsən Nəsrullahı və qruplaşmanın digər rəhbərlərini də məhv etmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta