AZ

Ukrayna PUA-sı Voronejdə neft anbarına zərbə endirib

Rusiyanın Voronej vilayətinin Anninsk rayonunda Ukraynanın PUA-sı neft anbarının ərazisinə düşüb.

Azpost.info bildirir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev iddia bildirib.

Qusevin sözlərinə görə, nəticədə boş çən yanıb.

“Voronej vilayətinin Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus PUA-ları zərərsizləşdirərkən onlardan biri neft anbarının ərazisinə düşüb. Boş çən yanıb. İlkin məlumata görə, itki yoxdur. Yanğınsöndürənlər hadisə yerindədir. Bölgədə PUA hücumu təhlükəsi qalmaqdadır”, – o, teleqramında yazıb.

Rusiyanın Telegram kanalları da PUA-nın düşdüyü yerdə yanğını əks etdirən videolar yayımlayır.

Seçilən
33
azpost.info

1Mənbələr