Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.
Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.
Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.