AZ

Azərbaycanda halal turizmə ehtiyac var?

“Əgər dünya standartlarına uyğun turizm qurmaq istəyirksə, mütləq şəkildə turizmin müxtəlif spektorlarını işlək vəziyyətə gətirməliyik ki, müxtəlif maraqları olan turistləri Azərbaycana cəlb edə bilək”. 
 
Bu sözləri Valyuta.az-a turizm eksperti Əziz Şiriyev ölkədə halal turizmin inkiaf etdirilməsi haqqında danışarkən deyib. 
 
Əziz Şiriyev bildirib ki, halal turizm dünyanın bir çox ölkələrində, xüsusilə ərəb ölkələrində özünəməxsus yer tutub:
 
“Biz bu gün ölkəmizə müxtəlif təyinatlı turistləri cəlb etmək istəyiriksə, halal turizmə keçid istiqamətində addımlar atmalıyıq. Nəzərə almalıyıq ki, ölkəmizin turizmi hava limanından başlayıb otellərdə bitmir. Ümumiyyətlə, Azərbaycan turizmi bu deyil. Bizim mədəniyyətimiz, incəsənətimiz, mətbəximiz var. Bundan başqa, halal turizm üçün tam yetərli mentalitetimiz var”.
 
Ekspertin sözlərinə görə, halal turizmlə bağlı məsələlər ortaya çıxmadan öncə də Azərbaycanda  bir neçə halal otel belə fəaliyyət göstərib:
 
“Həmin otellərin də qonaqları var, müxtəlif ölkələrdən o otellərə turistlər gəlir. Bu otellər artıq bir neçə müddətdir fəaliyyət göstərirsə, deməli, halal turizmə maraq var.  
 
Bu yaxınlarda Azərbaycana 50-dən çox ərəb investor gəlmişdi. Görüş zamanı onlar halal otellərin yaradılması, halal sistemlərin qurulmasının tərəfdarı olduqlarını səsləndirdilər. Biz də xüsusilə ərəb ölkələrindən turist cəlb etmək istəyiriksə, mütləq şəkildə bu məslələrə diqqət etməliyik. Nəzərə almalıyıq ki, gələn turistlərin hamısı cavan deyil, onlar əyləncə üçün gəlmir. Həmin turistlərin əksəriyyəti ailələri ilə gəlir. 
 
Halal turizm sistemi artıq yavaş-yavaş Azərbaycana gəlir. Düşünürəm ki, bu turizmin də öz müştəri bazası olacaq və ehtiyaclı bazardır”. 
Seçilən
4
1
moderator.az

2Mənbələr