AZ

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli“Push30” mobil tətbiqinə inteqrasiya olunub.

Artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə özhesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Beləki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi,pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası(üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsinhəqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək.Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərinməntəqəyə girişinə icazə verilməyəcək.

Qeyd edək ki, inteqrasiyanın məqsədi “Push30” hesablarınınbaşqaları tərəfindən ələ keçirilməsinin qarşısını almaq, eləcə dəmüştəri məmnuniyyətini təmin etməkdir.

SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpürolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldəetmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləməküçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC iləbağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” ZəngMərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Seçilən
0
11
az.trend.az

10Mənbələr