AZ

Alma kəsildikdə niyə qaralır?

Almanın kəsildiyi zaman qaralmasının səbəbi hüceyrələrin tərkibində mövcud olan dəmir birləşmələrinin havadakı oksigen molekulları ilə reaksiyaya girməsidir. Bu reaksiyanın katalizatoru isə xloroplastların tərkibində mövcud olan polifenoloksidaza enzimidir.

Meyvələrin sortuna görə tərkibindəki polifenoloksidaza miqdarı da fərqli olduğu üçün bəzi sortlar daha çox digərləri isə daha az qarala bilir. Son zamanlarda genetik modifikasiya edilmiş bəzi alma sortlarında polifenoloksidaza enziminin miqdarı çox azaldıldığı üçün onların meyvələri kəsildiyi zaman qaralma prosesi baş vermir.

Əlavə olaraq qeyd edək ki, oksidləşmə zamanı əmələ gələn xinon qrupu maddələr mikroorqanizmlər üçün zəhərli olduğu üçün bu proses özünümüdafiə mexanizmi olaraq da başa düşülə bilər.

Neandartal səhfəsi

visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr