Türkiyənin “Areda Survey” araşdırma şirkəti 1100 nəfərin iştirak etdiyi yeni sorğu keçirib.
Ulusal.az xəbər verir ki, sorğu iştirakçılarına “İsrailin Türkiyə ərazisi ilə bağlı ambisiyaları varmı?” sualı verilib. Respondentlərin 89%-i müsbət, 10,6% isə mənfi cavab verib.
Sorğu İsrailin Livana daxil olmasından, İranın İsrailə raket zərbələri endirməsindən sonra keçirilib.
Oxşar sorğu 2023-cü ilin dekabrında da keçirilib, o zaman iştirakçıların 81,6%-i suala müsbət, 18,4%-i isə mənfi cavab verib.
Müvafiq olaraq, sorğunun nəticələri əvvəlki ilə müqayisədə xeyli artıb.