AZ

Türkiyəyə gələn ərəb turistlərin sayı azalır

Türkiyədə ərəblər əleyhinə çıxışlar ərəb turistlərin sayının azalmasına səbəb olur. 

“Cebheinfo.az” Türkiyə mediasına istinadə xəbər verir ki, bu ilin ilk 8 ayında 5 körfəz ölkəsindən gələn turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 441 min 109 nəfər azalıb.

"Bacasız sənaye" olaraq da adlandırılan turizmdə son iki ildə Körfəz ölkələrindən gələn turistlərin sayı ərəblər əleyhinə çıxışlar səbəbiylə azalıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına əsasən, 6 körfəz ölkəsindən gələn turistlərin sayı 2022-2024-cü illərin avqust ayları arasında ən çox azalma Birləşmiş Ərəb Əmirliklərindən olub.

Müvafiq olaraq, sözügedən dövrdə bu ölkədən gələn ziyarətçilərin sayı 12 min 782-yə enib. Belə ki, avqust ayına olan məlumata görə, son iki ildə 49,9 faiz, son bir ildə isə 39,58 faiz azalma olub.

Bu ölkəni eyni dövrdə 49,9 faiz, son bir ildə isə 34,92 faiz azalma ilə Küveyt izləyib, gələn turist sayı isə 94 min 355-dən 47 min 184-ə enib. Belə ki, 2022-2024-cü illərin avqustunadək 47 min 171 nəfər azalma olub.

Səudiyyə Ərəbistanından gələn turistlərin sayı da müvafiq olaraq 29 faiz və 22,79 faiz azalıb. Belə ki, 2022-ci ilin avqustunda Səudiyyə Ərəbistanından 140 min 223, 2023-cü ilin avqustunda 128 min 841 və 2024-cü ilin avqustunda 99 min 484 turist gəldiyi halda, son iki ilin avqust ayı etibarilə 40 min 739 nəfər azalma olub. Bu dövrdə Bəhreyndən gələn turistlər sayı 22,1 faiz, İraqdan isə 24,58 faiz azalıb.

Qətərə gəlincə, 2023 ilə 2022-ci ilin avqustu ayları ilə müqayisədə 53,50 faizlik artım bu ilin avqustunda 13,1 faiz azalıb. Belə ki, 2022-ci ilin avqustunda 5 min 768 olan Qətərdən gələnlərin sayı 2023-cü ilin avqustunda 8 min 854, bu ilin avqustunda isə 7 min 692-yə enib. Belə ki, son iki ilin avqust ayında 5 körfəz ölkəsindən gələn turistlərin sayı təxminən 143 min nəfər azalıb.

İranlı turistlərin sayında artım var. Digər tərəfdən, avqust ayında son bir ildə Yəməndən gələn turist sayı 34,8 faiz , İordaniyadan 37,3 faiz azalarkən, İrandan 33,8 faiz artaraq 347 min 128-ə çatıb.

Bu ilin ilk 8 ayında Bəhreyndən gələn turistlərin sayı 6,24 faiz, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 28,02 faiz, İraqdan 15,25 faiz, Qətərdən 23,04 faiz, Küveytdən 23,04 faiz azalıb.

Körfəz ölkələrindəki azalmaya baxmayaraq, turizm məlumatları Asiyadan gələnlərin sayının artdığına işarə edib.

Yenə avqust ayı etibarilə son iki ildə ən yüksək artım Yaponiya və Çindən gəlib. Müvafiq olaraq, 2022 və 2024-cü illərin avqust aylarına qədər Yaponiyadan gələn turistlərin sayı 334,9 faiz artaraq 3 min 723-dən 16 min 192-yə yüksəlib.

Çin Xalq Respublikasından gələn turistlərin sayı 292,9 faiz artaraq 9 min 525-dən 37 min 433-ə yüksəldiyi halda, son bir ildə artım nisbəti 55,7 faiz olub. Eyni dövrdə Filippindən gələn ziyarətçilərin sayı 9 min 778-dən 12 min 130-a yüksəlib.

Seçilən
22
cebheinfo.az

1Mənbələr