AZ

“Sabah” Avropa Kuboku üçün 16 oyunçu sifariş etdi

Kişi basketbolçular arasında Azərbaycan çempionu olan “Sabah” komandasının FİBA Avropa Kuboku üçün iştirak ərizəsi bəlli olub.

Arena.az xəbər verir ki, təmsilçimiz FİBA-ya 16 oyunçu sifariş edib.

Baş məşqçi Rimas Kurtinaytis qitəmiqyaslı turnirdə bu oyunçuların xidmətindən yararlana biləcək:

Kam Ron, Klavs Kavars, Aydın İbrahimov, Tariyel Yusifzadə, Artyoms Butyankovs, Trevon Duval, Hassani Qravett, Əkbər Məmmədov, Mihael Holton, Cəbrayıl Əkbərov, Deandre Balduin, Endar Poladxanlı, Andrey Voynayoviç, Əlikamran Məmmədov, Ramiz Quliyev və Şirzad Şirzadov.

Məşqçilər korpusunda mütəxəssisə Aurimas Yesilyonis və Qoran Milyeviç kömək edəcəklər.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində ilk oyununu oktyabrın 9-da Belçikada “Spiru”ya qarşı keçirəcək. Təmsilçimizin digər rəqibləri Yunanıstanın “Marussi” və İsveçin “Norrçöpinq Dolfins” komandalarıdır.

Seçilən
1
3
arena.az

4Mənbələr