Olaylar xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.
Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax rayonu, Xaldan kəndi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1.5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31