AZ

Britaniya geri çəkildi, Fransa meydanda tək qaldı

Əsrlər boyu boyuk hərbi gücə malik dövlətlər imperiyalarını möhkəmləndiriblər və bunun tərkib hissəsi kimi müstəmləkələri olub. Bu siyasət İkinci Dünya Müharibəsinə qədər davam edib. Müharibədən sonra müstəmləkələrin müstəqlliklərini elan etməsi mərhələsi başlayıb. Nəticədə keçmiş imperiyalardan bir neçəsinin əlində bir neçə kiçik ada dövləti qalıb. Ancaq onlar da tədricən əldən çıxmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Böyük Britaniya Çaqos adalarını Afrikadakı ada dövləti olan Mavrikiyə qaytaracaq:

“The Guardian”nın yazdığına görə, bu qərar Londonda bir neçə mərhələdə aparılan danışıqlardan sonra əldə olunub. Bununla Britaniya Afrikadakı son müstəmləskəsindən imtina etmiş olacaq.

Mavriki 1968-i ildə müstəqilliyini əldə etməsinə baxmayaraq, Britaniya Hind okeanındakı bu dövlətə məxsus adalara sahibliyindən imtina etməyib. Britaniya həmin adalardan hərbi baza kimi istifadə edib, hətta 1966-cı ildə müttəfiqi ABŞ-a icarəyə verib. Beynəlxalq məhkəmə 2019-cu ildə aldığı qərarla Britaniyanın adalardan imtinasına qərar verib. Qərarda yazılıb ki, hərbi bazanın yaradılması məqsədilə 1970-ci ildə adalardan sakinlərin çıxarılması qanunsuz idi.

Britaniyanın Çaqos adalarını Mavrikidən qanunsuz qoparıldığına qərar verilib. London beynəlxalq məhkəmənin qərarına etiraz etməyib, 5 il aparılan danışıqlar nəticəsində adaları sahibinə qaytarmaq qərarına gəlinib. Mavriki həmin adaları yenidən məskunlaşdıra bilər.

Buna baxmayaraq, əldə edilən razılaşmaya görə, hərbi baza adalardan çıxarılmayacaq, sadəcə Britaniya Mavrikiyə icarə haqqı ödəyəcək, bu müddət 99 ildir. Bu, Britaniya və ABŞ üçün Hind okeanında hərbi varlığını qorumaq üçün mühüm amildir. Digər tərəfdən, yeni anlaşma ilə Britaniya ilə Mavriki arasında gərgin münasibətlərə son qoyulub. İki dövlət arasında razılaşmanın əldə edilməsində ABŞ və Hindistanın rolu olub”.

Təhlildə qeyd edilir ki, Britaniya bu qərarla bağlı adalara qonşu olan Hindistanı əvvəlcədən məlumatlandırıb:

“Dehli adalar məsələsində həmişə Mavrikinin mövqeyini dəstəkləyib. Dehli keçmiş müstəmləkə dövləti olaraq qonuşuluğundakı adaların da dekolonizasiyasını dəstəkləyib, buna görə də razılaşmanı alqışlayıb. Əldə edilən razılaşma ABŞ, Britaniya, Mavriki və Hindistan arasındakı mübahisəyə qon qoymaqla yanaşı, Çinin bölgədə möhkənlənməsini ənəglləmək məqsədi də daşıyır. Britaniya ilə Mavriki arasındakı razılaşma Hind okeanında müxtəlif dövlətlər arasında yeni əməkdaşlıq imkanları açacaq.

Britaniya illərdir müstəmləkələrindən imtina siyasətinə üstünlük verərkən, Fransa müstəmləklərində hərbi və polis rejimini gücləndirir. Parisin Londondan fərqli olaraq, müstəmləkələrindən imtina etmək fikri yoxdur. Ancaq həmin müstəmləkələri nəzarətdə saxlamaq və oradakı insanların etirazıyla mübarizə aparmaq Fransaya ilbəil baha başa gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
120
4
teleqraf.com

6Mənbələr