"YouTube" Shorts videolarının uzunluğunun bir dəqiqədən üç dəqiqəyə qədər artdığını elan edib.AFN.az xəbər verir ki, bu barədə oktyabrın 3-də videohostinqin mətbuat xidməti məlumat yayıb.“Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər qısa videolar yükləyə biləcəksiniz. Bu, istifadəçilər arasında ən çox tələb olunan xüsusiyyət olub. Ona görə də hekayənizi izah etmək üçün sizə daha çox çeviklik verməkdən məmnunuq. Bu dəyişiklik kvadrat və ya daha yüksək aspekt nisbətinə malik videolara aiddir”, - "YouTube" bildirib.Dəyişikliklər əvvəllər yüklənmiş videolara təsir etməyəcək, vebsayt qeyd edib.İndi şablonlardan istifadə edərək "YouTube"da videolar yarada bilərsiniz. Yeniliklər seçimlərinizə uyğun olaraq baxışları fərdiləşdirməyə imkan verəcək. “Daha az video göstər” funksiyası istifadəçilərin lentlərində Shorts videoların vaxtını azalda biləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta