İsrail təyyarələri çərşənbə günü axşam saatlarında Livanın paytaxtı Beyruta zərbələr endirib. Hücumun hədəfi Hizbullahın ehtimal olunan yeni lideri, əvvəllər ləğv edilmiş Həsən Nəsrullahı əvəz edən Haşim Safi əd-Din ola bilərdi.
Bu barədə “Axios” məlumat yayıb..
Amerika nəşri ilə söhbətində üç İsrail rəsmisinin sözlərinə görə, İDF-nin hava hücumu Hizbullahın icra komitəsinin rəhbəri əl-Dinə qarşı məqsədyönlü hücum olub.
O, bu yarımhərbi islamçı təşkilatın və partiyanın aparıcı simasıdır və sentyabrın 28-də Beyrutun atəşə tutulması nəticəsində ləğv olunduğu məlum olan Nəsrullahın əmisi oğludur.
İsrail rəsmisi bildirib ki, Haşim Safi əd-Din indiki zərbə zamanı yerin dərinliklərində bunkerdə olub. Onun hücum zamanı ölüb-ölmədiyi hələlik məlum deyil.
Əlavə edək ki, Livan mətbuatı İsrailin zərbəsinin keçən həftə Beyrutda Nəsrullahı öldürən zərbədən qat-qat böyük olduğunu yazır.
Oxuməni.az