AZ

İnciyirik səndən, “Qarabağ” - Rəşad Məcid

"Bayaqdan fikirləşirəm ki, “Qarabağ”ın məğlubiyyətinin yaratdığı ovqatı hansı söz daha dolğun ifadə edər? Yenə hərlənib-fırlanıb “incimək” sözü beynimdə peyda olur. Bəlkə ən doğrusunu elə feillər içindən boy verən “incimək” ifadə edir? Gücün çatanı etməyə çalışmayanda, etməyəndə inciyirlər".

Ölkə.Az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

“Qarabağ” laqeyd və biganə olub elə bil. Qələbəyə ürəkdən can atmır, qələbəni dəlicəsinə arzulamır. Həvəssiz və yorğundu. Buna görə də ən uyğun gələn söz inciməkdir elə.  İnciyirik səndən, “Qarabağ”!”, - deyə R. Məcid qeyd edib.

Xatırladaq ki, UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” Liqa mərhələsinin I turunda “Tottenhem”ə, ötən gün isə II turunda Bakıda qarşılaşdığı “Malmö” klubuna məğlub olub.

Seçilən
6
3
olke.az

4Mənbələr