AZ

Yığmamız İnkişaf Turnirində sonuncu matçına çıxacaq

15 yaşadək futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün üçüncü – sonuncu matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 17.00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Belarus (1:2) və Rusiya (1:3) yığmalarına məğlub olub.

Seçilən
2
4
football-plus.az

5Mənbələr