AZ

Fransa-Almaniya müdafiə konserni KNDS Ukraynanı 12 Sezar haubitsası ilə təchiz edəcək

Fransa-Almaniya müdafiə konserni KNDS müqavilə imzalayıb ki, bu müqaviləyə əsasən o, Ukraynaya 12 Sezar haubitsasını tədarük etməyə borcludur.

Bu barədə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu X sosial şəbəkəsində bildirib.

Nazir qeyd edib ki, istehsal gücünün artırılması Fransaya Ukrayna hakimiyyətinə yardım göstərməyə imkan verir.

Bundan əvvəl Yaponiyanın yeni baş naziri Şiqeru İşiba Yaponiyanın Ukraynaya yardımı davam etdirməyə hazır olduğunu açıqlamışdı.

Mənbə RİA Novosti

Seçilən
9
1
dogru.az

2Mənbələr