AZ

Cəbrayılda Şəhər günü qeyd edilir

Cəbrayıl. Trend:

Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Daha bir tarixigün - Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğmaşəhərlərində qeyd edilir.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli,Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilanrayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar,incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləriiştirak edirlər.

Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsertproqramı ilə başlayan tədbir çərçivəsində rayonun qədim və müasirtarixini, mədəni irsini əks etdirən sərgilər də nümayiş olunur.

Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən iliyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasınınişğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsisedilməsi haqqında” sərəncam imzalayıb. Vətən müharibəsindəqazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncamaəsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəlişəkildə qeyd olunur.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıldada indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu ilsentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilksakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər özata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlımənzillərdə yaşamağa başlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım MehribanƏliyeva bu gün Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksininaçılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinəmənzillərin açarlarını təqdim ediblər.

Seçilən
3
5
az.trend.az

6Mənbələr