AZ

Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz

Ötən gün “Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində “Malmö”nü qəbul etdi. Məlum olduğu kimi təmsilçimiz İsveç klubu ilə dueldən məğlub ayrıldı – 1:2.

Oyundan əvvəl kimə Ağdam klubunun yeniləcəyini desəydin, inanmazdı. Çünki hər kəs Qurban Qurbanovun yetirmələrindən qələbə gözləyirdi. Ancaq oyunun nəticəsi gözlənildiyi kimi olmadı.

Görüşü medianın yaxınlıqdakı sektorda bir sıra tanınmış şəxslər də izləyirdi. Onlar arasında hamının yaxşı tanıdığı meyxanaçı Baləli Rzayev (Maştağalı) da vardı. O, qarşılaşmanı həyəcanla izləyirdi. Bəzən səsini qaldırır, emosiyalarına hakim ola bilmirdi. Matçdan sonra hər kəs kimi məğlubiyyətin üzüntüsünü yaşayırdı.

Elə alındı ki, Baləl ilə həmsöhbət olduq. Məğlubiyyətin onu necə dilxor etdiyini görməmək mümkün deyildi. Fürsətdən istifadə edib söhbətimizi müsahibəyə çevrirmək qərarına gəldim.

- Baləli, gözləyirdin belə nəticəni?

- Təəssüratlarım çox pisdir. Qəbələ gözləyirdim, məğlubiyyət yox. "Malmö" "Qarabağ"dan güclü komanda deyildi. Amma komandamız qalib gələ bilmədi. Belə deyək, alınmadı.

- Belə demək olarmı ki, “Qarabağ” qələbə qazanmağa öyrəşdirdiyi üçün hər kəs hazırda təəssüf içindərdir...

- Elə komandalar var ki, onlar “Qarabağ”dan güclüdür. Biz deyə bilmərik ki, gedib İngiltərədə “Tottenhem”i udsun. Hər halda “Malmö”nü burada məğlub etmək olar da...

- Keçən mövsümkü “Qarabağ”la “Malmö” ilə oyunda gördüyümüz arasında fərqlər çoxdur deyirlər...

Seçilən
6
9
publika.az

10Mənbələr