AZ

Tramp Ağ Evi ittiham etdi: “HELEN” QASIRĞASINDAN ZƏRƏR ÇƏKƏNLƏRƏ KÖMƏK ETMİR

Hazırkı Amerika administrasiyasının “Helen” qasırğasının fəsadlarından zərər çəkmiş ABŞ vətəndaşlarına yardım göstərmək üçün vəsaiti çatmır.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp belə bir bəyanatla çıxış edib.

“Şimali Karolina, Corciya, Cənubi Karolina, Alabama, Tennessi, Florida və Virciniyaya dəhşətli fəlakət üz verib, yəni qasırğa o qədər güclü olub. Lakin ABŞ-ın vitse-prezidenti Kamala Harris və prezident Cozef Baydenin administrasiyası deyir ki, onların pulu yoxdur. Onlar bütün pulları xərcləyiblər. Onların pulu yoxdur, çünki onu qanunsuz miqrantlara xərcləyiblər”, – o, Miçiqan ştatının Saqino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas oktyabrın 1-də məlumat verib ki, ABŞ-ı vurmuş “Helen” qasırğasının fəsadlarının aradan qaldırılması prosesi illər çəkəcək və olduqca baha başa gələcək.

Seçilən
4
4
korrespondent.az

5Mənbələr