AZ

“Xamanei sonuncu namazını qılacaq” – “MOSSAD” təhdid mesajı yayımladı

İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün 4 ildən sonra ilk dəfə Tehranda cümə namazı qılacaq və xütbə oxuyacaq.

Tribunainfo.az xəbər verir ki, Xamneinin çıxışında İsrailin Livanın paytaxtı Beyrutda Hizbullah lideri Həsən Nəsrullahı öldürməsindən və Təl-Əvivə təşkil olunan raket hücumlarından sonra Tehranın gələcək planlarına dair önəmli açıqlamalar verəcəyi gözlənilir.

Xatırladaq ki, Xamenei sonuncu dəfə 2020-ci ildə – Qasım Süleymaninin ölümündən sonra cümə namazında iştirak edib.

Qeyd edək ki, İsrailin kəşfiyyat xidməti – “MOSSAD” bu önəmli hadisədən əvvəl bir təhdid mesajı yayımlayıb.

Belə ki, “MOSSAD”-ın “Terror Alarm” adlı “X” hesabından edilən paylaşımda Xameneinin bu gün sonuncu namazını qılacağı iddia edilib.

İranın ali rəhbəri Ayətullah Xamenei sonuncu cümə namazını bu həftə oktyabrın 4-ü Qüds vaxtı ilə saat 11:30-da qılacaq”,-deyə paylaşımda qeyd olunub.

Seçilən
3
2
tribunainfo.az

3Mənbələr