AZ

Okan Buruk üzr istədi 

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində RFŞ-lə heç-heçə etdikləri matç haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi oyunda 2:0 hesabı ilə öndə olsa da, RFŞ 2 dəfə fərqlənib və görüş bərabərliklə yekunlaşıb. 

Okan Buruk buna görə "Qalatasaray" azarkeşlərindən üzr istəyib: "Məyusuq. Üzr istəyirik. Bizə yaraşmayan bir nəticə göstərdik. 2:0 hesabı ilə önə keçdiyimiz üçün qələbə qazanacağımızı düşünərək eyforiyaya qapıldıq. Rəqibə ciddi yanaşmalı olduğumuz anlar var idi. Bunu bacarmadıq. Konsentrasiya əksikliyi bizi cəzalandırdı".  azal vakansiya

Qeyd edək ki, 2 oyundan sonra "Qalatasaray" Avropa Liqasının turni cədvəlində 4 xalla 8-cidir. 


Telegram kanalımız
Seçilən
1
2
yenisabah.az

3Mənbələr