AZ

Millimiz yanvarda seçmə mərhələyə başlayır

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

Msport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan komanda bu dəfə ilkin mərhələdən yarışacaq.

Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Millimiz öz qrupunun birinci komandası olacaq. Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən 2-də 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparaxaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək.

Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək. Final mərhələnin oyunları gələn il sentyabrın 28-dən, oktyabrın 5-nə qədər Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət

Gürcüstan

Azərbaycan

Şimali Makedoniya

2-ci səbət

Kosovo

Litva

Cəbəllütariq

3-cü səbət

Malta

Almaniya

San Marino

Estoniya

Seçilən
1
9
msport.az

10Mənbələr