AZ

Xamneyinin cümə xütbəsi: "Qaniçən quduz itə ən yüngül cavabı verdik"

İranın dini lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda qıldığı cümə namazından sonra cümə xütbəsinə başlayıb.

News24.az xəbər verir ki, İran televiziyası Xamneyinin imamlıq etdiyi və dörd ildən sonra ilk dəfə xütbə oxuduğu məscidin qarşısında böyük izdihamın toplaşdığını bildirib. 

Xamneyi öz xütbəsində bildirib ki, çıxışının çox hissəsi Fələstin və Livanla bağlı olacaq.

Cümə xütbəsinin birinci hissəsində İslam dünyasını birliyə çağıran Xamenei deyib:

“İran xalqının düşməni həm də Fələstin xalqının, Livan xalqının, İraq xalqının, Misir xalqının da, Yəmən xalqının düşmənidir. Düşmən eyni düşməndir. Bütün bunlara ölkələrimizdə yaxşı hazırlaşmalıyıq”.

Livanın Fələstinə dəstəyinin haqlı və məntiqli olduğunu vurğulayan Xamenei, "Heç kimin bu qanuni dəstəyi tənqid etməyə və niyə meydançaya girirsiniz deməyə haqqı yoxdur. Silahlı qüvvələrimiz iki-üç gün əvvəl qanuni addım atdı və qanuni olaraq təşkilatlandıq” dedi.

Xamneyi çıxışında İranın İsrailə raket hücumu ilə bağlı deyib:

"Silahlı qüvvələrimizin hərəkəti işğalçı sionist rejimə qarşı verə biləcəyimiz ən yüngül cəza idi. Biz bu qaniçən quduz itə qarşı verə biləcəyimiz ən yüngül cavabı verdik. Onların törətdikləri anlaşılmaz cinayətləri yerinə yetirməyə davam edirik. İslam Respublikası üzərinə düşən vəzifəni ciddi şəkildə yerinə yetirməyə davam edəcəyik".


Günel Məlikzadə


Seçilən
11
news24.az

1Mənbələr