Ukrayna prezidenti Vladimir Zelenskinin 2024-cü il Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. O, 286 namizəd arasında favoritlər sırasındadır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nüfuzlu mükafata əsas namizədlər arasında BMT-nin Fələstin Qaçqınlar Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş də var.
Papa Fransisk də mükafata namizəd olub.