AZ

Elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər – IPCC

Elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər.

Olaylar xəbər verir ki, bu barədə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun (IPCC) icraçı katibinin müavini Ermira Fida Bakıda keçirilən "iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son gününün açılış mərasimində səsləndirib.

"Son vaxtlar dünyada geniş diqqətə səbəb olan ekstremal hava hadisələri, o cümlədən, ABŞ-nin cənub-şərqinə təsir edən "Helen" qasırğası iqlim dəyişikliyinin artan təsirinin parlaq nümunəsidir. Bu hadisələr milyonlarla insana təsir edir və təcili tədbirlərin zəruriliyini bir daha xatırladır.

Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizədə məqsədlər və real qlobal tədbirlər arasında ciddi bir uçurum mövcuddur. Elm həllərin hazırlanması üçün sübut bazası təqdim edə bilər, lakin yalnız bu, siyasi fəaliyyətsizlik nəticəsində yaranmış boşluğu doldurmaq üçün kifayət deyil. Elmi məlumatların real tədbirlərə çevrilməsi siyasətçilərdən asılıdır", - o vurğulayıb.

Onun sözlərinə görə, IPCC BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) prosesinin formalaşdırılmasında mühüm rol oynayıb və iqlim siyasətinin gücləndirilməsi və beynəlxalq sazişlərin bağlanması üçün elmi əsaslar təqdim edib. 1990-cı ildə IPCC-nin ilk qiymətləndirmə hesabatından başlayaraq, hər bir növbəti hesabat qlobal iqlim tədbirlərinin istiqamətini müəyyən edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr