Çia toxumunun faydaları
Çia toxumlarının bəzi faydaları bunlardır:- Toxluq hissi yaradır
- Dərini qoruyur
- Yaşlanmanı ləngidir
- Sümükləri möhkəmləndirir
- Xərçəng əleyhinə effektlidir
Çia toxumunun tərkibi
Çia toxumlarının tərkibi lif baxımından çox yüksəkdir. İki xörək qaşığı Çia toxumu təxminən 11 qram lif ehtiyatına malikdir. Amerika Pəhriz Assosiasiyasına görə, bir porsiya Çia toxumu tövsiyə olunan gündəlik lif qəbulunu təmin edə bilər. Lif orqanizmin insulin səviyyələrini tarazlaşdırmaq üçün lazımdır. Çia toxumlarının yüksək lif tərkibi bağırsaqların və nəcisin tənzimlənməsi üçün faydaları var. Bu toxumlarının zəngin lif tərkibi insanların özünü daha enerjili hiss etməsinə kömək edir, çünki onlar əhəmiyyətli miqdarda suyu udur və yeyildikdə dərhal mədədə genişlənir. Həmçinin, Çia toxumu qəbul etdikdə mədədə jelatinə bənzər bir maddə əmələ gətirir. Bu geli əmələ gətirən təsir Çia toxumlarında həll olunan liflə bağlıdır və bağırsaqda probiotiklərin inkişafına təsir edir. Eyni zamanda bir prebiotik kimi effektlidir.Çia toxumunun farmakoloji təsirləri
Çia toxumları xolesterin əleyhinə təsir göstərir. Çia toxumlarının iltihabı aradan qaldırmaq, xolesterolu tənzimləmək və qan təzyiqini aşağı salmaq qabiliyyəti ürək sağlamlığı üçün son dərəcə faydalıdır. Həmçinin, oksidləşdirici stressi aradan qaldırır. Müntəzəm olaraq Çia toxumu qəbul etdikdə, orqanizmdə ateroskleroz artma ehtimalı azalır. Çia toxumlarının(salvia hispanica) tərkibində çox yüksək olan linoleik turşusu, bədəndə yağda həll olan A, D, E və K vitaminlərini mənimsəməyə kömək edən vasitədir. Kiçik bir toxumda sağlam yağlar olduqca yüksəkdir və qızılbalıqda olandan daha çox Omeqa-3 vardır. Omeqa-3 qan təzyiqini, pis xolesterolu və iltihabı azaltmaqla ürəyi qoruyur. İki xörək qaşığı Çia toxumunda gündəlik tövsiyə olunan kalsiumun təxminən 18%-i var. Kalsium sümük sağlamlığı üçün vacibdir. Beləliklə, sümük gücünü və kütləsini qorumağa kömək edir. Çia toxumunun tərkibində sümük sağlamlığı üçün başqa bir vacib qida maddəsi olan bor da var. Bor sümüklərin və əzələlərin sağlam inkişafı üçün kalsium, maqnezium, manqan və fosforun metabolizminə kömək edir. Çia toxumları həmçinin xərçəng əleyhinə də təsir göstərir. Çia toxumları omeqa-3 yağ turşusu olan alfa lipoik turşusu (və ya ALA) ilə zəngindir. 2013-cü ildə Journal of Molecular Biochemistry, ALA-nın həm döş, həm də uşaqlıq boynu xərçəngində bəd xassəli şiş hüceyrələrinin böyüməsini məhdudlaşdırdığı aşkar edilmişdir. Beləliklə, Çia toxumları xərçənglə mübarizə aparan qidalardan biri kimi istifadə edilə bilər. Çia toxumlarının qəbulu zehni sağlamlığı dəstəkləyir və beyindəki neyrotransmitterlərin (serotonin və dopamin) səviyyəsini yüksəldir və beyin hüceyrələrinə daha çox enerji verir. https://fizulihuseynov.com/Saglamolun.Az