AZ

“Həsən Nəsrullah gizli yerdə dəfn edilib

Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

Herbiand.az xəbər verir ki, “Sky News Arabia” telekanalı bu barədə təşkilata olan yaxın mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib.

“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, - deyə mənbə bildirib.

Seçilən
5
7
herbiand.az

10Mənbələr