AZ

Türkiyənin Qazaxıstana dəmir ixracı xeyli artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Qazaxıstana dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artaraq, 40,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Qazaxıstana 4,2 məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 26,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 8 milyard 245 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 12 milyard 155 milyon dollar məbləğində dəmir ixrac edib.

Seçilən
3
49
turkic.world

10Mənbələr