AZ

Bayden: "Yaxın Şərqdə müharibə hərtərəfli olmayacaq"

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə hərtərəfli müharibənin başlayacağına inanmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, prezident Bayden Ağ Evdə İsrailin Livana hücumları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Yaxın Şərqdə hərtərəfli müharibənin qarşısının alına biləcəyinə əmin olub-olmadığı sualına Bayden belə cavab verib:

"Tam miqyaslı müharibənin olacağına inanmıram. Düşünürəm ki, bundan qaça bilərik",- deyə o, bildirib.

Prezident Bayden əlavə edib ki, mümkün genişmiqyaslı müharibənin qarşısını almaq olar, lakin bunun üçün görüləcək işlər çoxdur.

Əli Hüseynov

Seçilən
16
bakivaxti.az

1Mənbələr