AZ

ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu

 
"O, hələ də səfərlərimizə emosional yanaşır, həyəcan keçirir, gülür və sevir, noyabr seçkilərində Kamala Harrisə səs verəcəyinə ümid edir..."
 
"Cimmi Karter sonuncu dəfə 29 noyabr 2023-cü ildə mərhum həyat yoldaşının anım mərasimində görünüb..."
 
Oktyabrın 1-də ABŞ-ın sabiq prezidenti Cimmi Karter özünün 100-cü doğum gününü qeyd edib, bununla da Amerikanın ilk ən uzunömürlü prezidenti olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Araxis yetişdirən fermerlər ailəsindən çıxmış Karter siyasətə 1960-cı ildə gəlib, o zaman Corciya ştatının senatında senator olub. 1976-cı ildə o, Demokratlar Partiyasından prezidentliyə öz namizədliyini irəli sürüb və qalib gəlib.
 
Karter Oval kabinetdə 1977-1981-ci illərdə olub, Ağ Evdə ikinci müddətə qalmağa cəhd edib, lakin seçkilərdə respublikaçı Ronald Reyqana uduzub.
 
Son 19 ayda sabiq prezident özünün doğma Corciya ştatındakı hopsisində keçirməsinə rəğmən, nəvəsi Ceysonun sözlərinə görə, sabiq prezident hələ də "səfərlərimizə emosional reaksiya verir, həyəcan keçirir, gülür və sevir".
 
Üstəlik, özünün 100 yaşında o, noyabr seçkilərində Kamala Harrisə səs verməyə macal tapacağına ümid edir.
 
100 illik yubiley münasibətilə Karterin artıq 40 ildir əməkdaşlıq etdiyi "Habitat for Humanity" xeyriyyə təşkilatının könüllüləri bu həftə Minnesotata aztəminatlı ailələr üçün 30 ev inşa etməyi vəd edib.
 
Sabiq prezidentin doğma Pleyns şəhərində onun 100 illik yubileyi şərəfinə 100 yeni amerikalının  vətəndaşlıq almasının təntənəli mərasimi keçiriləcək. Səmada hərbi təyyarələrin paradı düzənlənəcək.
 
Bundan bir qədər öncə Atlanta ştatının paytaxtında ildönümlə bağlı onlarla populyar amerikalı ifaçıların iştirakı ilə musiqili konsert keçrilib, əldə edilən 1, 2 milyon dollarlıq vəsait "Karter Mərkəzi" xeyriyyə fonduna köçürülüb.
 
Sabiq prezidentin özü isə səhhəti ilə bağlı tədbirə qatıla bilməyib, lakin bu tədbiri "yaxşı musiqi və səmimi etiraflardan ibarət olan inanılmaz axşam" adlandırıb.
 
Karterin ünvanına digər prezidentlərin təbrikləri səsləndirilən konsertin videoyazısı çərşənbə axşamı Corciya ştatının İctimai Televiziyasında göstərilib.
 
Sonuncu dəfə Cimmi Karter 2023-cü ilin noyabrında 96 yaşında dünyasını dəyişən həyat yoldaşının anım mərasimində ictimaiyyət arasında görünüb.
Seçilən
11
moderator.az

1Mənbələr