AZ

Qətiyyətli tədbirlər iqlimlə bağlı sağlamlıq risklərini azaltmağa kömək edə bilər - InterAcademy Partnership

Bakı. Trend:

İqlim dəyişmələri ilə bağlı uzunmüddətli sağlamlıq risklərininazaldılması üçün sürətli və qəti tədbirlər vacibdir.

Trend xəbər verir ki, bubarədə Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (InterAcademyPartnership) biologiya elmləri proqramı üzrə direktor doktor RobinFears Bakıda “İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi" çərçivəsində keçirilən beynəlxalq konfransın son günündə"Elmi çağırışların öhdəsindən gəlməkdə qlobal və regionaləməkdaşlığın rolu" mövzusunda panel müzakirələri zamanıbildirib.

"Hazırda iqlim dəyişmələrinin nəticələri səbəbindən insanlarınfiziki və psixoloji sağlamlığına ciddi təhlükə yaranır. Butəhlükələrə qarşı ən həssas olanlar, vəziyyəti idarə etməkdə ən azqabiliyyətə malik olan və qlobal problemlərin yaranmasında ən aziştirak edən əhali qruplarıdır", - R.Fears qeyd edib.

Onun sözlərinə görə, bu problemlərin həlli müasir elmibiliklərin sayəsində əlçatandır.

"Tez və qəti tədbirlər iqlim dəyişmələrinin yaratdığıuzunmüddətli riskləri azaltmağa və yaxın gələcəkdə insanlarınsağlamlığına əhəmiyyətli fayda gətirməyə qadirdir", - obildirib.

R.Fears qeyd edib ki, iqlim dəyişmələri digər qlobalproblemlərlə də üst-üstə düşür və onları daha da ağırlaşdırır.

O, elmi tədqiqatların aparılması üçün əsas elmi problemlərinhəll edilməsinin və elmi məlumatların coğrafi baxımdanqeyri-bərabər paylanmasının aradan qaldırılmasının vacibliyinivurğulayıb.

Proqram direktoru, həmçinin, tədqiqatlara sistemli yanaşmanınəhəmiyyətini qeyd edib.

Seçilən
16
2
az.trend.az

3Mənbələr