AZ

Qasırğa can almağa davam edir: 214 nəfər öldü

Ötən həftə ABŞ-ın Florida ştatına 4-cü kateqoriya səviyyəsinə çatan Helene qasırğası səbəbindən can itkisi artır.

News24.az xəbər verir ki, qasırğanın təsirli olduğu Florida, Corciya, Virciniya, Tennessi, Cənubi Karolina və Şimali Karolina ştatlarında ümumi can itkisi 214-ə yüksəlib.

Şimali Karolinada 108, Cənubi Karolinada 41, Corciyada 33, Floridada 19, Tennessidə 11, Virciniyada 2 nəfər ölüb.

Qeyd edək ki, Helene 2005-ci ildə 1392 nəfərin ölümünə səbəb olan Katrina qasırğasından sonra ABŞ-ı vuran ən ölümcül qasırğa olub.

Günel Məlikzadə


Seçilən
1
1
news24.az

3Mənbələr