İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti Beyruta gəlib və orada Livan hakimiyyəti ilə danışıqlar aparacaq.
Bu barədə İran diplomatik xidmətinin rəsmi nümayəndəsi İsmail Bəqayinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş mesajında deyilir.
“Beyrut Beynəlxalq Hava Limanına indicə endik. Nümayəndə heyətimiz… Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, – diplomat bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi İsrailin təcavüzünün istənilən təzahürünə qəti cavab verəcəyini vəd etmişdi.
Mənbə RİA Novosti