AZ

Qubada xırdabuynuzlu heyvanlar tələf olub

Yazını böyüt
Yazını kiçilt

Quba rayonunda qoyunlar arasında tələfat qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus 5 təsərrüfatda baş verib.

Belə ki, təsərrüfat sahibləri bildirirlər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşamda tövləyə salınır. Bu dəfə isə heyvanları otarmaq üçün tövlənin qapsın açdıqda çox sayda xırdabuynuzlu heyvanların tələf olduğunu görüblər. 

Həmçinin təsərrüfatlara məxsus digər qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib. 

Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə baxış keçirilmədiyi bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
2
hafta.az

10Mənbələr