AZ

“İş Nəsrullahla bitmədi, yeni sürprizimiz olacaq” - Qallant

Livanın cənubunda davam edən quru əməliyyatları çərçivəsində “Hizbullah” terror təşkilatını çoxlu sürprizlər gözləyir.

Turkustan.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.

“Hizbullah” bir-birinin ardınca çox ağır zərbələr alır. Nəsrullahı aradan qaldırdıq, amma bizdə çoxlu sürprizlər var, bəziləri artıq reallaşdırılıb, bəziləri də həyata keçiriləcək”, - müdafiə naziri bildirib.

Qallantın sözlərinə görə, son hücumlarda “Hizbullah”ın raket və hərbi aviasiya bölməsi ağır zərbə alıb:

“Keyfiyyətli və dəqiq əməliyyat nəticəsində xeyli hissəsi məhv edilib. Komanda və nəzarət qərargahı, rabitə vasitələri, (elit “Radvan” qüvvələrinin) bütün rəhbərliyi və faktiki olaraq Nəsrullahdan aşağı pillədə olan bütün ikinci-üçüncü komandanlıq sıraları zərərsizləşdirilib”.

Nazir əlavə edir ki, İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın hücum planlaşdırdığı bütün infrastrukturu məhv ediləcək. (teleqraf.com)

Seçilən
3
1
turkustan.az

2Mənbələr