AZ

Azərbaycanın xarici siyasətində Orta Asiyanın yeri və rolu

Image

Müstəqil Azərbaycan respublikasının xarici siyasəti özünün ən yüksək zirvəsinə ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev sayəsində çatmışdır. Şanlı zəfərimizdən sonra bizimlə əməkdaşlıq etmək üçün səy göstərən və sayı gündən-günə artan dövlət və təşkilatlara nəzər saldıqda, xarici siyasətimizin nə dərəcədə güclü və effektiv olduğunu kifayət qədər rahatlıqla görə bilərik. Azərbaycanın xarici siyasəti üçün ən önəmli mövzulardan biri də Orta Asiyadır. Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Qazaxıstanla bir çox müstəvidə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan respublikası ardıcıl və tutarlı addımlar atır.Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Bu münasibətlərdəki digər rol isə, Azərbaycanın Özbəkistanda olan güclü təşkilatlanan diasporudur.11 mart 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. Bu addımların atılması bu gün və gələcəyə öz töhfəsini verməyə davam edir. Misal olaraq daha nə qədər təşəbbüsü göstərə bilərik.

Orta Asiyanın ixracatı və aldığı böyük həcmli məhsullar Xəzər dənizi marşrutunu onun üçün kifayət qədər ciddi zəruri məsələyə çevirir.Mədəni, iqtisadi bağlantıdan əlavə, coğrafi bağlantının da inkişaf etdiyini Şərqi Zəngəzurun azad edilməsi ilə görə bilərik. Zəngəzur dəhlizinin açılmasının qeyd olunduğu 10 noyabr 2020-ci il bəyanatı Orta Asiya və Türk dünyası ilə Azərbaycan arasındakı əlaqələr üçün yeni bir mərhələ kimi dəyərləndirilə bilər. Azərbaycan tranzit imkanlarının artması, ticarət yollarının genişləndirilərək əməkdaşlığın çoxşaxəli olması üçün tutarlı addımlar atır. Ələt Dəniz Ticarət Limanının təsis edilməsi, Xəzər dənizində ən böyük ticarət donanmasına sahiblik, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi və bu kimi digər təşəbbüslər Azərbaycanı Avropa ilə Asiyanın mühüm qovşaq nöqtəsinə çevirib. Bu imkanlar Orta Asiya ilə bərabər, qardaş Türk dövlətlərinin də inkişafına müsbət təsirini göstərmədən ötüşməz.

Son zamanlarda prezidentin ardıcıl səfərləri Azərbaycan və Orta Asiyanın yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün Şuşa ilə Türkistan, Lənkəranla Özbəkistanın Buxara, Gəncə ilə Tacikistanın Düşənbə , Sumqayıtla Qazaxıstanın Aktau qardaş şəhərləri qardaş şəhər statusları qazanıb. Bu yaxınlaşma təhsil, iqtisadiyyat, siyasət, mədəniyyət və s. sahələrdə inkişafa müsbət təsir göstərir. Hesab edirəm ki, əksər dövləti ilə qan bağımız, mədəniyyət və dil bənzərliyimiz olan Orta Asiya ilə əlaqələri daha çox artırmalıyıq. Bu əlaqələr nə qədər çoxşaxəli olmağa davam edərsə, bir o qədər də özüylə bərabər hər iki tərəfə mənfəət gətirər.

Bütün bu və digər nüansları nəzərə alaraq demək olar ki, Orta Asiya ilə Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi, var olan bağların möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi gözlənilə bilər. Bu Türk dünyasının birləşməsi üçün də mühüm addımlardandır.

  Şahverdiyeva Elanə Mayis qızı 

Azərbaycan Universiteti, İctiamai Elmlər fakültəsi






Seçilən
33
baki-xeber.com

1Mənbələr