AZ

Tehranda Nəsrullahın anım mərasimi keçirildi


Tehranda İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olan Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın anım mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, mərasim cümə namazından əvvəl şəhərin mərkəzində İmam Xomeyni məscidinin yaxınlığında keçirilib.
İranın ali dini lideri Ayətullah Əli Xameneinin rəhbərlik etdiyi mərasimdə bir neçə min insan iştirak edib.
Digər tərəfdən, Həsən Nəsrullahın müvəqqəti məxfi yerdə gizli şəkildə dəfn edildiyi bildirilib. Bu barədə “Sky News Arabia”ya təşkilata yaxın mənbə məlumat verib.
Onun sözlərinə görə, bu qərar Nəsrullahın dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi qorxusundan verilib.
“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yaranana qədər müvəqqəti yerdə dəfn edilib”, - mənbə bildirib.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi obyektlərinə irimiqyaslı zərbələr endirib.
Sentyabrın 27-də İsrailin endirdiyi zərbələrdən biri nəticəsində Beyrutda “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah öldürülüb.
Seçilən
11
1
yeniavaz.com

1Mənbələr