AZ

“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Salyanda davam etdirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Salyan rayonunda davam etdirib.

 

Layihə çərçivəsində Salyanda bu ilin iyul ayında qız uşaqları doğulan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, gigiyenik vasitələr, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutular təqdim olunub.

 

Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.

 

Keçən il başlanan layihə üzrə ötən dövrdə Şamaxı, Tovuz, Masallı, Tərtər, Sabirabad, Qusar, Salyan rayonlarında yeni doğulmuş qız övladları olan ailələrə dəstək məqsədli qutular təqdim edilib. Layihənin digər rayonlarda da keçirilməsi planlaşdırılır.

Seçilən
10
2
qht.az

3Mənbələr