İsrail İrana hücum edərsə, onun neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endiriləcək.
Bunu İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandirinin müavini, briqada generalı Əli Fədəvi deyib.
"Əgər sionist rejim (İsrail – red.) səhv edərsə, biz onların bütün enerji mənbələrini, stansiyalarını, neftayırma zavodları və qaz yataqlarını hədəfə alacağıq", - deyə o bildirib.
Generalın sözlərinə görə, İsrailin cəmi 3 elektrik stansiyası və bir neçə neft emalı zavodu var, lakin İran nəhəng bir ölkədir./ Musavat.com