AZ

Balaxanı Sənaye Parkında iki şirkətə rezidentlik statusu verildi – Onlar nə iş görəcək?

“Təmiz Şəhər”ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı Sənaye Parkında daha iki şirkətə rezident statusu verilib.

Banker.az xəbər verir ki, bunlar “Aral Pack” MMC və “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC-dir.

“Aral Pack” alüminium folqa qapaqları, “Baku Klişecilik və qrafik LTD ŞTİ” isə müasir qrafik dizayn əsaslı çap qəlibləri istehsal edəcək.

“İstehsal prosesində ətraf mühitin mühafizəsinə və tullantıların azalmasına xidmət edəcək yeni müəssisələr təkrar emal fəaliyyətləri ilə yaşıl iqtisadiyyata töhfə verəcək və yeni iş yerlərinin açılmasına imkan yaradacaq”- deyə, “Təmiz Şəhər”dən bildirilir.

Qeyd edək ki, Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və bu təsərrüfat sahəsi təkrar emalla məşğul olan sahibkarlar üçün əlverişli işgüzar mühitdir. Hazırda yeni rezidentlər “Aral Pack” MMC və “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC də daxil olmaqla Sənaye Parkında 27 rezident qeydiyyatdan keçib və 1200-dən çox yeni iş yeri yaradılıb.

Seçilən
150
50
banker.az

10Mənbələr