AZ

“Toyota” və “Subaru” 2026-cı ilə qədər yeni elektromobil hazırlayacaqlar


Avtomobil istehsalçıları “Toyota Motor” və “Subaru” 2026-cı ilin əvvəlinə qədər birgə hazırlanmış yeni elektrik avtomobilinin istehsalına başlamaq niyyətindədirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
Məlumata görə, Qumma prefekturasında yerləşən “Subaru” zavodunda istehsal olunacaq elektrik ərazi avtomobili Yaponiya, Avropa və Şimali Amerika bazarlarında satılacaq.
Qeyd edək ki, “Toyota” və “Subaru” 2019-cu ildə elektromobillərin istehsalı sahəsində əməkdaşlığa başladıqlarını elan ediblər.
2021-ci ildə şirkətlər “Toyota bZ4X” və “Subaru Solterra” adlı elektrik avtomobillərini təqdim ediblər.
Seçilən
9
yeniavaz.com

1Mənbələr