AZ

Azərbaycan klubunun avrokubok oyunlarını idarə edəcək hakimlər dəyişdirilib

Azərbaycan

Bakı, 4 oktyabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun avrokuboklarda “Qaliçanka” (Ukrayna) ilə oyunlarına təyinat alan hakimlər dəyişdirilib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, hər iki qarşılaşmanı əvvəldən nəzərdə tutulduğu kimi, monteneqrolu ədalət təmsilçiləri idarə etməyəcəklər. Artıq bununla bağlı Azərbaycan Həndbol Federasiyasına rəsmi məktub daxil olub. Dəyişikliyin səbəbi açıqlanmayıb.

Oyunlar “Qarabağ”ın qadın komandasının Bakıda Lüksemburq təmsilçisi “Differdanj”la matçlarını idarə edəcək bolqarıstanlı hakimlər - Svetoslav Yonçev və Zvezdelin Yonçevə tapşırılıb.

Qeyd edək ki, həm “Azəryol”, həm də “Qarabağ”ın görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Seçilən
6
1
azertag.az

2Mənbələr