AZ

“Waze” şirkətinin həmtəsisçisi Bakıya gəlir

Bakı. Trend:

“Waze” şirkətinin həmtəsisçisi Uri Levine PAŞA Holdingtərəfindən təşkil edilən “INMerge” İnnovasiya Sammit tədbirindəiştirak edəcək. Uri Levine qlobal naviqasiyanı necə dəyişdirdiyini,eləcə də milyardlarla dəyəri olan şirkətləri necə təsis etdiyinihaqqında təcrübəsini bölüşəcək.

Bunxan əlavə, təbdirdə “Youtube" şirkətinin həmtəsisçisi SteveChen, “Genai Works” şirkətinin yaradıcısı Steve Nouri, “Nvidia”şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, “Nestle”şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, “Vodafone”şirkətinin region üzrə rəhbəri Johannes Hummes, “Amazon”şirtkətinin vitse-prezidenti Werner Vogels, “Avito” şirkətininkeçmiş baş marketing direktoru Maxim Kan və Harvard BiznesMəktəbinin professoru Linda Hill kimi spikerlar da iştirakedəcəklər.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə BakıKonqres Mərkəzində baş tutacaq.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxilolun.

Seçilən
1
10
az.trend.az

10Mənbələr