AZ

"Veranda Resort Hotel Villas" reklam qaydalarını pozmaqda ittiham edilir

"Veranda Resort Hotel Villas" MMC cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. 

428.7.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
3
1
valyuta.az

2Mənbələr