AZ

“İnana bilmirəm ki, bunlar mənim başıma gəlir” – Roman Qriqorçuk

“Neftçi” Misli premyer-liqasının 9-cu turunda səfərdə “Kəpəz”ə 3:4 hesabı ilə məğlub oldu.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

- Məğlubiyyətin əsas səbəbi nədi?

- Bugünki oyun haqda düşündüyümü təhlil edib, sizə deyə bilmirəm. Belə oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdı. Elə durumdayam ki, bunun başıma gəldiyinə inanmıram. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm.

- Yəqin ki, bu gün heç bir baş məşqçi sizin yerinizdə olmaq istəməz. Bundan sonra nə gözləyirsiz?

- Hansı durumda olduğumu təsvir etdim. Bilmirəm siz məndən bunu soruşacaqsız, ya yox? Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdiklərinə görə təşəkkür edirəm.

- İstefa haqda düşünürsüz?

- Düşündüyüm şey haqda artıq danışmışam. Bu söhbətləri mətbuat konfransında müzakirə etməli deyilik. Elə bir durumda deyiləm ki, hansısa səhvlərə görə özümü cəzalandırım. Deyərdim ki, "Neftçi"dəki işimə görə məyus deyiləm.

- Autsayderə məğlubiyyəti faciə kimi qəbul edirsiz?

- Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bunlar mənim başıma gəlir.

- Sizin istefanıza kimlərsə mane olur?
- Xeyr. Hər mətbuat konfransında istefa ilə bağlı suallar verilir. Bunları burda müzakirə etməli deyilik.

ƏSƏD SEYİDOV

Seçilən
1
10
football-plus.az

10Mənbələr