AZ

Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə sentyabrın 30-a keçən gecə baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub.

Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
11
4
milli.az

5Mənbələr